ASPAYP şirkəti Azərbaycanda suvarma sistemləri bazarının liderlərindən biridir. Suvarma materialları topdan satış ilə məşğul olan ASPAYP şirkəti 2006-cı ildən fəaliyyət göstərməkdədir.
ASPAYP şirkətinin sahibkarlara təklif etdiyi suvarma sistemləri dünyanın ən qabaqcıl istehsalçılarının ən etibarlı, müasir, keyfiyyətli avadanlıqlarıdır.
ASPAYP illər ərzində təqdim etdiyi məhsulların çeşid sayının çoxluğu və qiymətlərinin münasibliyi ilə sektorda nüfuzunu hər gün daha da artırmaqdadır.
Kənd təsərrüfatını, əkinçiliyi müasir suvarma sistemlərsiz təsəvvür etmək mümükün deyil.
ASPAYP şirkəti Azərbaycan kənd təsərrüfatında öz yeri və öz sözü olan etibarlı tərəfdaşdır.
ASPAYP şirkəti 2006-cı ilin mart ayının 3-dən fəaliyyətə başlayıb. Və 13 ildir fəaliyyətini dayandırmadan davam etdirərək bu günə qədər gətirib çıxardıb.
Alıcılara təklif edilən məhsullar arasında suvarma sistemləri, bütün növ plastik boru və fittinglər bir sözlə taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, tərəvəzçilik və s.sahələrində istifadə edilən bütün tip suvarma avadanlıqları yer alır.
Şirkətimiz sahibkarlara kənd təsərrüfatı və yaşıllaşdırma işləri üçün ən müasir suvarma sistemləri təklif edir.
ASPAYP şirkəti dünyanın yüzdən çox şirkətinin rəsmi distribütorudur.
Sahibkarlara təklif etdiyimiz mallar dünya standartlarına uyğundur və yüksək keyfiyyətə malikdr.
Şirkət tərəfindən təqdim olunan bütün mallar tam keyfiyyət standartlarına cavab verir.
Şirkətimizin məqsədi odur ki, suvarma sistemlərini sahibkarlara Azərbaycanda ən sərfəli qiymətə çatdıraq.
ASPAYP yüksək məhsuldarlığa aparan uğurlu yolun başlanğıcı.
VIZYONUMUZ
Daim inkişaf etmək və yeniliklərlə yadda qalmaq!
MİSSİYAMIZ
Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!
ƏSAS DƏYƏRLƏRİMİZ
Etibarlılıq, dürüstlük, prinsipiallıq, keyfiyyət və güvən.
MÜŞTƏRİLƏRİMİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR!
Müştərilərimizin ehtiyac və tələblərini düşündüklərindən daha keyfiyyətli şəkildə ortaya qoymaq;
İstehlakçıların ehtiyaclarını vaxtında və doğru bir şəkildə üzə çıxarmaq;
Müştərinin mövcud (və ya gələcəkdəki) ehtiyac və tələbatlarını tam qarşılamaq üçün fərqli xidmət və məhsul istehsal edərək yüksək keyfiyyətli məhsullar təklif etmək;
Müştəri (və ya bazar) ilə tez-tez əlaqədə olmaqla baş verə biləcək problemləri və ya yeni fürsətləri qabaqcadan görərək hərəkət etmək;
Müştəri problemlərini həll etmək üçün gərəkli tədbirlər görmək bizim müştəri məmnuniyyəti sahəsində əsas hədəflərimizdəndir.
Missiyamız cəmiyyətə və ətraf mühitə yararlı olan, ölkə iqtisadiyyatının gücləndirilməsi və parlaq gələcəyin təmin olunmasında əlindən gələni edən, əldə etdiyi nailiyyətlər ilə hədəflərini hər gün yüksəldib, məhsul çeşidlərini hər gün daha da artıran və məhsul istehsalını daha da təkmilləşdirən və bununla da müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır.
Biz "ASPAYP" olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!